
Bakı. Trend:
Basketbolçularım ciddi güc sərf etdilər.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Xırdalan”nın baş məşqçisi Uğur
Özdəmir deyib.
Azərbaycan Basketbol Liqasının XVII tutunda “Neftçi”yə 114:109
hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, görüşün hər saniyəsi
gərgin mübarizə ilə yadda qalıb: “Bu qələbə turnir cədvəlində
sıralamanı dəyişdirdi, amma daha vacibi gözəl oyun sərgiləməyimiz
oldu. Öncədən 2 oyunçumuzun olmayacağı bəlli idi. Buna baxmayaraq,
hər cür vəziyyətə hazır olduğumuzu göstərdik. Pley-offda yenidən
rəqibimiz “Neftçi”dir. Çox çətin oyun olacağını bilirik. Onların
çox keyfiyyətli oyunçu və məşqçi heyəti var. Amma pley-offda da
məqsədimiz azarkeşlərə baxımlı oyun nümayiş etdirmək olacaq”.
Qeyd edək ki, bu qələbədən sonra xalını 28-ə çatdıran “Xırdalan”
4-cü pilləyə yüksəlib. Eyni xala malik olan “Neftçi” isə
5-cidir.





























