
Bakı. Trend:
Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Burda biz daha
çox hücum edən tərəf oluruq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “İdman Bizimlə”nin qonağı olan
“Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.
Onun sözlərinə görə, çatışmazlıqlara baxmayaraq, cari mövsüm
digərlərindən fərqlənir: “Əlbəttə ki, bizim çempionatda da asan
oyun olmur. Ancaq Avropada oyuna çıxanda daha çox güc sərf etməli
oluruq, xüsusilə də, matçın son on beş dəqiqəsində. Ümumilikdə
götürsək, deyə bilərəm ki, bu mövsüm Azərbaycan çempionatında
gördüyüm ən maraqlılardan biridir. Bunu turnir cədvəlindən də
görmək mümkündür. Biz çempion olmuşuq, ancaq bizdən sonra gələn
komandalar arasında gərgin rəqabət gedir. Ümid edirəm ki, növbəti
illərdə bundan daha maraqlı çempionatımız olar”.
Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın bitməsinə 8 tur qalmış
Azərbaycan çempionu olub.





























