Advertisement

Azərbaycan və Rusiya “Şimal-Cənub” BND üzrə fəaliyyəti aktivləşdirib

Bakı. Trend:

Azərbaycan və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizinin (BND) müxtəlif seqmentlərinin inkişafı üzrə fəaliyyəti
aktivləşdiriblər.

Bu barədə Trend-ə Sankt-Peterburq Sənaye Siyasəti, İnnovasiya və
Ticarət Komitəsinin sədr müavini Aleksandr Sitov Bakıda keçirilən
danışıqların yekunlarına əsasən deyib.

“”Şimal-Cənub” BND-nin aktivləşdirilməsi ilə bağlı Azərbaycanla
əməkdaşlıq üzrə bir neçə seqment mövcuddur. Faktiki olaraq, bu
dəhliz Baltika,Sankt-Peterburqdan başlayır, şaxələri İranda
sonlanır və Hindistana qədər uzana bilir. Marşrutun bir hissəsi
quru yolu ilə (avtomobil və dəmir yolu) Azərbaycan ərazisindən və
Xəzər dənizindən keçir və əməkdaşlıq zonalarını işləmək barədə
razılığa gəlmişik”, – deyə Sitov qeyd edib.

Onun sözlərinə görə, Rusiya hazırda “Şimal-Cənub” BND ilə yük
dövriyyəsini artırmaq üçün özünün Xəzər dənizindəki Olya limanının
(il boyu gəmiçilik) modernizasiyasını həyata keçirir.

“Fikrimcə, Rusiyanın “Şimal-Cənub” BND üzrə yeni təşəbbüsləri
Azərbaycan üçün maraqlı olacaq”, – deyə Sitov bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun