
Bakı. Trend:
2023-cü il ərzində Latviya Azərbaycan iqtisadiyyatına 12 milyon
950 min ABŞ dolları investisiya yatırıb.
Trend Azərbaycan Mərkəzi
Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə
müqayisədə 2.6 dəfə və ya 8 milyon 38 min ABŞ dolları artıb.
Belə ki, 2022-ci il ərzində Latviyanın Azərbaycan
iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 4 milyon 912 min ABŞ
dolları təşkil edib.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycan iqtisadiyyatına cəlb
edilmiş birbaşa xarici investisiyaların həcmi 6 milyard 658 milyon
ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, ötən il Latviya ilə Azərbaycanın ticarət
dövriyyəsi 64 milyon 945 min ABŞ dolları təşkil edib. Belə ki,
2023-cü ildə Azərbaycandan Latviyaya 45 milyon 181 min ABŞ dolları
dəyərində məhsul ixrac edilib, Latviyadan ölkəyə isə 19 milyon 764
min ABŞ dolları dəyərində məhsul idxal edilib.



























