
Bakı. Trend:
2023-cü ildə Azərbaycandan Türkiyəyə 146 milyon 140 min ABŞ
dolları pul köçürülüb.
Trend Azərbaycan Mərkəzi
Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə
19 % azdır.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin
ümumi köçürmələrdə payı 26,2 %-dən 26,6 %-ə çatıb.
Ötən il Türkiyədən Azərbaycana isə 164 milyon 316 min ABŞ
dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 %
çoxdur.
İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi
köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.



























