Advertisement

Turan Bayramovun yarımfinal görüşünün araşdırılması üçün xüsusi komissiya yaradılıb

Bakı. Trend:

Dünya Güləş Birliyi (UWW) Bakıda keçirilən Avropa Olimpiya
Təsnifat Turnirinin 74 kq-da Turan Bayramov – Frank Çamizo
(İtaliya) görüşünü araşdırmaq üçün işləri davam etdirir.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunun üçün 2 – müstəqil və ayrı komissiya
yaradılıb.

Onlaş şəffaf şəkildə hakimlərin işini və görüşün analizini
aparacaqlar. Hər komissiya 3 nəfərdən, müvafiq olaraq hakimlər
komissiyasının sədri, hakimlik və beynəlxalq güləş qaydaları üzrə
təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olacaq.

Bundan əlavə, UWW İntizam Palatasının sədri korrupsiya cəhdi və
güləşin bütövlüyünün pozulması iddiaları ilə bağlı davam edən
araşdırmanın nəticələrini nəzərdən keçirmək üçün 3 nəfərdən ibarət
komissiya təyin edəcək. Bu halda görüləcək intizam tənbehi bu
komissiyanın qərarı əsasında veriləcək.

Qeyd edək ki, UWW Çamizo ilə Bayramov arasında keçirilən
yarımfinal döyüşünün bütün aspektlərini hərtərəfli araşdırmaq və
aydınlaşdırmaq əzmində olduğunu açıqlayıb.