
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu
keçirilib.
Trend-in
məlumatına görə, “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı
qələbəsi ilə başa çatıb.
Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin heyətində Əyyub Allaş
açıb. Tovuz təmsilçisi 81-ci dəqiqədə Aleks Souza ilə bərabərlik
qoluna imza atıb. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Belajdu
Pusi müəyyənləşdirib.
Bu nəticədən sonra xallarımı 42-yə yüksəldən “Turan Tovuz”
beşinci pilləyə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu – 10-cu
yerdə qərarlaşıb.





























