Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu
keçirilib.
Trend-in
məlumatına görə, “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul
edib. “Neftçi Arena”da keçirilən görüş paytaxt klubunun 3:0 hesablı
qələbəsi ilə başa çatıb.
Hesabı 1-ci dəqiqədə Brayan Moreno açıb. “Ağ-qaralar”ın
heyətində 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. Matçın yekun
nəticəsini 87-ci dəqiqədə avtoqol müəllifi olan İqor Ribeyro
müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 47-yə yüksəldən “Neftçi” ikinci
pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə
qərarlaşıb.




























