Advertisement

Azərbaycan atıcısı lisenziya turnirində finala yüksəlib

Bakı. Trend:

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nigar Nəsirova
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya təsnifat
turnirində finala yüksəlib.

Trend xəbər verir ki, o, qadınlar arasında 10 metr məsafəyə
pnevmatik tapançadan atəş üzrə yarışda 578 xal qazanaraq buna nail
olub.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib gələrsə,
“Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.