
Bakı. Trend:
“Bayer” Almaniya Bundesliqasıında 2023/2024 mövsümün qalibi
olub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Leverkuzen klubu 29-cu turda çempionluğunu
rəsmiləşdirib.
Öz meydanında “Verder”i 5:0 məğlub edən “Bayer” 79 xalla ən
yaxın izləyicisi “Bavariya”nı 16 xal qabaqlayıb. Komanda 29 matçın
25-də qalib gəlib, 4-də heç-heçə oynayıb.
“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub.





























