Bakı. Trend:
Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən
yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1
gümüş və 1 bürünc medal əldə edib.
Trend-in
məlumatına görə, idmançılar turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc
medal qazanaraq medal əyarına görə ümumi hesabda və oğlanlar
arasında 1-ci yeri tutublar.
Yarışın ikinci günündə oğlanlar arasında 73 kiloqram, 81
kiloqram və +90 kiloqram çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə
çıxıb. Cəsur İbadlı (73 kiloqram) gümüş medal əldə edib. Əli
Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kiloqram) isə
bürünc medal qazanıb. Sübhan Axundov (+90 kiloqram) 5-ci yerdə
qərarlaşıb.
Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində keçirilən
gənclər arasında Avropa Kubokunda da 1 qızıl və 1 gümüş medal əldə
ediblər. Yığma medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar
arasında isə 3-cü yeri tutub. Fəridə Mirzəyeva qızıl, Könül Əliyeva
isə (hər ikisi 48 kiloqram) gümüş mükafatın sahibi olub.




























