Advertisement

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı
həftəlik analizi təqdim edir.

Baş Bankirlərin çıxışları

Ötən həftə Amerikada proqnozların üzərində açıqlanan
inflyasiya göstəricilərinin dərcindən sonra, dollar qarşısında
kəskin ucuzlaşan major valyutaların cari həftə ərzində hansı
tendensiya sərgiləyəcəklərini baş bankirlərin çıxışları təyin
edəcək. Qeyd edək ki, çərşənbə axşamı baş tutacaq ABŞ Federal
Ehtiyyatlar Siteminin sədri Cerom Pavelin, İngiltərə Mərkəzi
Bankının sədri Endryu Beylinin, Almaniya Mərkəzi Bankının sədri
Yoahim Nagelin, Kanada Mərkəzi Bankının sədri Tif Maklemin
çıxışları ilə yanaşı, Avrozonada və İngiltərədə dərc olunacaq
iflyasiya məlumatları cari həftədə investorlarının diqqət
mərkəzində olacaq. Həmçinin geosiyasi risklər neft qiymətlərini
dəstəkləməyə davam edəcək.

ABŞ-da açıqlanacaq makroiqtisadi
göstəricilər

Cari həftə ərzində ABŞ-da dərc olunacaq Pərakəndə
Satış Dövriyyəsinin Həcmi, tikinti sektoruna və mənzil bazarına
dair rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, həmçinin
Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi göstəriciləri dolların
valyuta biralarındakı qiymətlərinə ciddi təsri edə bilərlər.

EUR

Ötən həftə Avropa Mərkəzi Bankının faiz dərəcələrini
sabit saxlamasından sonra, cari həftənin çərşənbə günü Avrozonada
açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət
mərkəzində olacaq.

Ardıcıl 3 həftəlik enişdən sonra, martın son həftəsini
artımla tamamlayan EURUSD məzənnəsi ötən həftə dollar qarşısında
kəskin ucuzlaşması ilə yadda qaldı. Amerikada və Avrozonada
açıqlanan iqtisadi göstəricilər fonunda paritet ötən həftə sərt
düşü yaşadı və həftəlik şamını 1.0640 səviyyəsində bağladı.

Təhlillərə əsasən, “Ayılar” qiyməti 1.07$ səviyyəsinin
altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə
bilər.

GBP

İngiltərədə cari həftənin çərşənbə axşamı və çərşənbə
günü açıqlanacaq əmək bazarı göstəriciləri və İstehlak Qiymətləri
İndeksinə dair rəqəmlər, eləcə də, İngiltərə Mərkəzi Bankının sədri
Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində tendensiyanın gedişinə
ciddi təsir edə bilər. Ötən həftəni 1.2440 səviyyəsində tamamlayan
GBPUSD məzənnəsində “ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında
saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

NEFT

Neft qiymətləri, Yaxın Şərqdəki geosiyasi
gərginliklər, xüsusilə İran-israil münasibətlərinin hərbi müstəviyə
keçməsi, təklifin azalması ilə bağlı narahatlıqlar və artan tələb
gözləntiləri ilə artım tendensiyasını davam etdirə bilər.

Cari həftənin ilk ticarət saatlarında bir qədər
ucuzlaşan neft qiymətlərini analitiklər daha ucuz qiymətdən almaq
üçün fürsət hesab edirlər.

Qeyd edək ki, “Brent” neftinin qiyməti 90$, “WTI”
(Qərbi Texas Nefti) neftinin qiyməti isə 86$ həddinin üzərində
qalarsa, bahalaşma müvafiq olaraq 100$ və 95$ hədlərinə kimi davam
edə bilər.

XAUUSD

Artıq 7 həftədir bahalaşan qızıl ardıcıl olaraq rekord
hədlərini yeniləyir. Ötən həftəyə də artımla başlayan və 2431$
səviyyəsini test edən qızıl, Amerikada açıqlanan yüksək inflyasiya
göstəricilərindən sonra, dolların bahalaşması fonunda 2344$-a kimi
ucuzlaşdı və həftəlik şamını bu səviyyədə tamamladı. Ehtimal olunur
ki, bu həftə Avrozonada və İngiltərədə dərc olunacaq İstehlak
Qiymətləri İndeksi göstəriciləri, xüsusilə də baş bankirlərin
çıxışları fonunda qızıl qiymətlərində müşahidə kəskin dalğalanmalar
davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon
nömrəsi və ya www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.