
Bakı. Trend:
Toxumçuluq sahəsindəki qanunvericilik müasir dövrün tələblərinə
tam cavab vermir.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət
auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində
qeyd edilib.
“Toxumçuluq sahəsi üzrə qüvvədə olan hüquqi aktların müddəaları
müasir dövrün reallıqlarına (təkmil beynəlxalq təcrübələrə) tam
cavab verməməklə faktiki olaraq toxumçuluğun inkişafında
institusional və funksional məhdudiyyətlər yaratmış, o cümlədən
ilkin toxumçuluq mərhələsində toxumların (Orijinal, Super Elit və
Elit sinifli) artırılması fəaliyyətinin əhatə dairəsinin
genişləndirilməsini (dövlət-özəl və ya özəl mülkiyyət mənsubiyyətli
təsərrüfat subyektlərinin timsalında), yerli hibrid toxumçuluğunun
inkişafını təşviq etməmiş, eləcə də toxumların (o cümlədən,
qablaşdırılmalı olan sort nümunələrinin) dövriyyəsinin bütün
mərhələlərində (idxal, dövlət sınağı, yerli alış, reproduksiya,
satış, emal, utilizasiya və s.) sənədləşmə reqlamentini və nəzarət
prosedurlarını tənzimləməyib”, – deyə nömrədə qeyd olunub.



























