
Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9234,3 milyon
manat vəsait daxil olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi
məlumat yayıb.
Bildirilib ki, qeyd olunan dövrdə büdcədən 8412,6 milyon manat
vəsait xərclənib, büdcənin icrasında 821,7 milyon manatlıq profisit
yaranıb.



























