Advertisement

Qırğızıstanda “TikTok”a giriş məhdudlaşdırılacaq – Trend.Az

Bakı. Trend:

Qırğızıstanda “TikTok”a giriş məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Qırğızıstan Rəqəmsal İnkişaf Nazirliyindən
təsdiqləyiblər.

Bildirilib ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkə
ərazisində “TikTok” sosial şəbəkəsi ilə bağlı əsaslandırılmış
qərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçün
rabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiya
operatorlarına məktub göndərib.

“Qərarın qəbul edilməsinə sosial şəbəkənin “Qırğızıstan
Respublikasında uşaqların sağlamlığına, onların fiziki,
intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının
alınması üzrə tədbirlər haqqında” qanuna əməl etməməsi səbəb
olub.

Qeyd edək ki, bu, Qırğızıstanda “TikTok”u blok etməklə bağlı ilk
cəhd deyil. 2023-cü ilin avqustunda Qırğızıstan Mədəniyyət
Nazirliyi “TikTok” sosial şəbəkəsini bloklamaq barədə qərar qəbul
edib, lakin sosial şəbəkə ölkədə bloklanmayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun