
Bakı. Trend:
PAŞA Bank ötən il İT və kibertəhlükəsizlik sahəsində mühüm
uğurlar əldə edib.
Trend xəbər
verir ki, bu barədə “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə
Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin
yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Strateji dövr ərzində informasiya texnologiyaları, məlumat və
kibertəhlükəsizlik sahələrində mühüm irəliləyişlər əldə olunub.
Əsas nailiyyətlərdən biri SIMA rəqəmsal platforması ilə
inteqrasiyanın tətbiqi oldu ki, bu da səmərəliliyi və
təhlükəsizliyi artırmağa imkan verdi. Müştərilərin mobil
tətbiqlərinin monitorinqi üçün “Sentry” sistemindən uğurla istifadə
olunub ki, bu da potensial təhdidlərin vaxtında aşkarlanmasını və
aradan qaldırılmasını təmin edib”, – o deyib.
C.Quliyevin sözlərinə görə, İSO 20022 standartı üzrə ödəniş
tapşırıqlarının standartlaşdırılması tətbiq olunub ki, bu da
maliyyə tranzaksiyalarının işlənilməsinin keyfiyyətini və sürətini
əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
“Bundan başqa, özəl bank sektorunun müştərilərinə göstərilən
xidmət səviyyəsinin yaxşılaşdırılması üçün CRM sistemi uğurla
inteqrasiya olunub. 2021-ci ildə başladılan “Kiber-risk” xüsusən
diqqətəlayiqdir. Bu layihə çərçivəsində mühüm risklərin vaxtında
aşkarlanması və aradan qaldırılması üçün stress testləri keçirilib
və bir çox kritik ssenarilər nəzərə alınıb. Bu, informasiya
sistemlərinin mühafizəsini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan
verib. Müştərilərə beynəlxalq ödənişlərinin statusunu operativ
izləmək imkanı verən “Swift GPI” sisteminin tətbiqi də eyni
dərəcədə mühüm nailiyyət olub. Bu sistem sayəsində beynəlxalq
tranzaksiyalar prosesi daha şəffaf və etibarlı olub”, – deyə o
əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























