Advertisement

Azərbaycanda investisiya kalkulyatorunun hazırlanması layihəsi üzərində iş aparılır

Bakı. Trend:

Hazırda Azərbaycanda investisiya kalkulyatorunun hazırlanması
layihəsi üzərində iş aparılır.

Trend xəbər
verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya
Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bu gün Bakıda
keçirilən “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) üzrə seminarın
kuluarlarında deyib.

“4SIM növbəti mərhələdə Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), BMT-nin Asiya və
Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Dünya
İqtisadi Forumu və digər tərəfdaşlarla birlikdə investisiya
texnologiyaları sahəsində tədbirlər keçirəcək. Eyni zamanda,
Azərbaycan üçün investisiya kalkulyatorunun hazırlanması layihəsi
davam etdiriləcək. Həmçinin başlatdığımız rəqəmsal iqtisadiyyatın
inkişaf strategiyasında nəzərdə tutulan kiçik və orta biznesin
rəqəmsallaşdırılmasının bir hissəsi olacağıq”, – deyə o
vurğulayıb.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun