
Bakı. Trend:
Azərbaycan dilinin inkişafına töhfə məqsədilə “Diksiya
Akademiyası” növbəti dəfə “Ana dilində hekayəni danış” adlı
natiqlik çempionatını elan edir. Dördüncü dəfə keçiriləcək
çempionat gənclərin natiqlik bacarıqlarını nümayiş etdirmələri və
ana dilində özlərini ifadə etmələri üçün faydalı platforma təmin
etmək məqsədi daşıyır.
“Nar”ın əsas dəstəyi ilə üç ay ərzində davam edəcək “Ana dilində
hekayəni danış” natiqlik çempionatında iştirakçılara hərtərəfli
natiqlik təlimləri keçiriləcək və ünsiyyət bacarıqlarını inkişaf
etdirmələri üçün şərait yaradılacaq. Müsabiqənin şərtləri barədə
ətraflı məlumatı bu linkdən
oxuya bilərsiniz.
“Nar” ana dilimizin inkişafına yönəlik layihələri dəstəkləməklə
Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə fəal
töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə
üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial
məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlə
nar.az səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.


























