Advertisement

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər

Bakı. Trend:

“WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl
göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində
işləyir.


Trend
-in məlumatına görə, bu yolla istifadəçilər simsiz şəbəkə
üzərindən faylları paylaşa biləcəklər.

Şirkət, həmçinin, paylaşılan faylların uçdan uca şifrələnəcəyini
açıqlayıb.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək
yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam
nəzarət edəcəklər.

Qeyd edək ki, “WhatsApp” yeni funksiya sayəsində böyük faylları
paylaşmağı daha da asanlaşdıracaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun