Advertisement

Nikita Simonov Avropa çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycan idman gimnastı Nikita Simonov Avropa çempionatında
fəxri kürsüdə yer alıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, o, İtaliyanın Rimini şəhərində 36-cı dəfə
təşkil olunan turnirdə gümüş medal qazandırıb.

Halqalarda çıxış edən Nikita 14,900 bal toplayıb. Bu nəticə
Simonova karyerasında ilk Avropa medalı qazandırıb. Yunan
Elefteruos Petrunas 1-ci, türkiyəli Adil Asil 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında aprelin 28-də yekun
vurulacaq.