Advertisement

Ferstappen Formula 1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində qalib oldu

Bakı. Trend:

“Red Bull” komandasının Niderland pilotu Maks Ferstappen Formula
1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində qalib olub.

Trend-in
məlumatına görə, “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler
təsnifat mərhələsində ikinci yeri tutub.

Üçüncüsü isə Ş.Leklerin komanda yoldaşı, ispaniyalı pilot Karlos
Sayns tutub.

Mayın 4-də F.Verstappen sprint yarışının qalibi oldu. Əsas yarış
mayın 5-də keçiriləcək.