Bakı. Trend:
Enes Ünal İngiltərənin “Bornmut” klubu ilə müqavilə
imzalayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat
xidməti açıqlayıb.
27 yaşlı hücumçu “Bornmut”la 4 illik anlaşmaya imza atıb.
Yanvarda “Xetafe”dən icarəyə götürülən Enesin transfer hüququ
İngiltərə klubuna keçib.
Qeyd edək ki, hücumçu Premyer Liqanın 2023/24 mövsümündə 16
oyunda 2 qol vurub.





























