Bakı. Trend:
Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisi Avropa
Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.
Trend-in
məlumatına görə, Kosovonun paytaxtı Priştina şəhərində təşkil
olunan mərhələdə kişi yığmamız İrlandiya seçməsi ilə üz-üzə
gəlib.
Rəqibini 21:12 hesabı ilə üstələyən milli komanda finala vəsiqə
qazanıb.
Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Kipr
yığması olacaq. Final qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də
start götürəcək.





























