Advertisement

COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar nəzərdən keçiriləcəyi gözlənilir – BMT nümayəndəsi

Bakı. Trend:

COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar
nəzərdən keçiriləcəyi gözlənilir.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda
“Dayanıqlı inkişaf: problemlər və həllər” mövzusunda keçirilən
tədbirdə deyib.

“Hələ 2015-ci ildə, Paris Sazişi imzalananda, iqlim
layihələrinin ildə 100 milyard ABŞ dolları dəyərində
maliyyələşdirilməsi nəzərdə tutulurdu. İndi COP29-da Paris Sazişini
imzalamış üzv dövlətlər yeni maliyyə hədəfi təyin etmək
niyyətindədir. Bu məbləğin ildə 100 milyard dolları keçəcəyi
gözlənilir”, – deyə o vurğulayıb.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun