Bakı. Trend:
AVRO-2024-ün açılış matçını idarə edəcək hakimlər bəlli
olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, ev sahibi Almaniyanın Şotlandiya ilə
qarşılaşması fransalı baş hakim Kleman Tyurpenə həvalə edilib.
Ona Nikolya Dano və Benjamin Paje köməklik edəcəklər. VAR-a
rəhbərlik isə Jerom Brisara tapşırılıb.
Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də saat
23:00-da start götürəcək.





























