Advertisement

Azərbaycan məhsullarının beynəlxalq standartlara adaptasiyası sürətləndirilib

Bakı. Trend:

Azərbaycandan yerli məhsullarının beynəlxalq standartlara
adaptasiyası üzrə işlər sürətləndirilib ki, bu da ölkənin ixrac
potensialını artırıb.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli
Bakıda keçirilən Milli Metrologiya Forumunda deyib və mayın 20-nin
Beynəlxalq Metrologiya Günü olduğunu əlavə edib.

Onun fikrincə, iqtisadiyyatın və onun sahələrinin inkişafı
keyfiyyətli metroloji xidmət tələb edir.

“İqtisadi inkişaf fonunda sahibkarlıq subyektlərinin və
müəssisələrin metroloji ehtiyaclarının qarşılanması hazırda
metrologiya sahəsinin əsas vəzifəsidir”, – deyə nazir müavini
bildirib.

Onun sözlərinə görə, metrologiyanın hazırkı vəzifəsi elmi
cəhətdən əsaslandırılmış metod və avadanlıqlardan istifadə etməklə
sahibkarlıq subyektlərinin metroloji xidmətlərə olan ehtiyacını
qarşılamaqdan ibarətdir ki, bu da məhsul istehsalının bütün
mərhələlərində texnoloji proseslər haqqında dəqiq məlumat əldə
etməyə və buraxılan məhsulların keyfiyyət göstəricilərini
yaxşılaşdırmağa imkan verəcək.

S.Bəşirlinin fikrincə bu cür yanaşma ölkə məhsullarının rəqabət
qabiliyyətini artıracaq.

“Daxili və xarici bazarların keyfiyyətli məhsullarla təmin
edilməsində, rentabelliyin və rəqabət qabiliyyətinin
artırılmasında, ticarətdə və iqtisadiyyatın inkişafında texniki
maneələrin aradan qaldırılmasında metrologiyanın rolu mühümdür”, –
deyə nazir müavini əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun