Bakı. Trend:
Son üç il ərzində “PAŞA Bank” Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində həyata keçirilən layihələrə 120 milyon manata yaxın
məbləğdə kredit ayırıb.
Trend xəbər
verir ki, bu barədə “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə
Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin
yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Son üç il ərzində PAŞA Bank Azərbaycanın işğaldan azad edilmiş
əraziləridnə 120 milyon manata yaxın kredit ayırıb, həmçinin bir
sıra digər layihələrə təminat ayırıb”, – o deyib.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın
aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli
2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard
manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat
(3,18 dəfə artım) olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)























