
Bakı. Trend:
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox
layihəsi var.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru
Yusif Abdullayev Qubada keçirilən II Özbəkistan-Azərbaycan
Regionlararası Forumunda deyib.
“Özbəkistan Azərbaycanla müştərək fonda investisiya qoyur.
Getdikcə daha çox yeni layihələr həyata keçirəcəyimizə çox ümid
edirik”, – deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, ilin sonunadək daha bir böyük
tədbirin keçirilməsi planlaşdırılır.
“Bildiyiniz kimi, iyul ayında hökumətlərarası komissiya
keçiriləcək”, – deyə Y.Abdullayev əlavə edib.
Onun sözlərinə görə, bu iki ölkə arasında münasibətlərin
inkişafının yeni mərhələsi olacaq.























