Bakı. Trend:
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində məqsəd
universal və dayanıqlı tibbi sığortanın təmin edilməsidir.
Trend xəbər verir ki, bunu bu
gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Sığorta Forumu-2024-ün
(AIIF-2024) açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu cür sığorta effektiv tibbi xidmətlərinin
göstərilməsinə zəmanət verir və səhiyyənin maliyyələşdirilməsini
yaxşılaşdırır.
“Dayanıqlı İnkişaf Məqsədlərinin tərkib hissəsi kimi BMT-nin
“heç kəsi geridə qoymamaq” prinsipini nəzərə alaraq, icbari tibbi
sığorta sistemi əhalinin əsas sağlamlıq ehtiyaclarını ödəmək üçün
nəzərdə tutulub. Məqsədimiz hər kəsin maddi çətinlik çəkmədən
keyfiyyətli tibbi xidmət ala bilməsi üçün universal tibbi əhatəyə
nail olmaqdır. Qeyd edim ki, ölkəmizdə icbari tibbi sığortanın
tətbiqi sayəsində uşaqdan böyüyə hər kəs bu sistemlə əhatə olunub
və sığortanın əhatə etdiyi 3300-dən çox tibbi xidmətdən pulsuz
istifadə etmək hüququ qazanıb”, – Zaur əliyev əlavə edib.
(Tərcümə: Gülnarə Kərimova)























