
Bakı. Trend:
Azərbaycanda rəqəmsal sahəyə, xüsusən onlayn əməliyyatlar və
internet bankçılığa maraq artmaqdadır.
Trend xəbər
verir ki, bu barədə Dünya Bankının eksperti Xalisə Şahverdiyeva
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı
tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında
deyib.
“Tədqiqatlar göstərir ki, əhalinin 47 faizi onlayn
əməliyyatların aparılması haqqında daha çox öyrənməyə çalışır, 40
faizi isə internet bankçılıqla maraqlanır”, – ekspert deyib.
Onun sözlərinə görə, rəqəmsal təlimə ən çox ehtiyac Naxçıvanda
müşahidə olunur, burada Kəngərli rayon sakinlərinin 87 faizi və
Şərur rayon sakinlərinin 79 faizi rəqəmsal bacarıqlarını artırmaq
istəyini bildirib.
“Bundan başqa, kənd təsərrüfatı sektoru həmçinin əlçatan
internet rəqəmsal əkinçilik, dəqiq əkinçilik və marketinq kimi
“ağıllı” əkinçilik üsullarını tətbiq etməklə əlçatan internetdən də
faydalana bilər”, – o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)























