Advertisement

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını sabah açıqlayacaq

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz
dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı 2024-cü il iyunun
21-də açıqlanacaq.

Trend xəbər verir ki, Mərkəzi Bank mayın 1-də uçot dərəcəsini
7,5 faizdən 7,25 faizə endirib. Faiz dəhlizinin yuxarı həddi 8,5
faizdən 8,25 faizə endirilib, aşağı həddi isə dəyişməyərək 6,25
faiz olub.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə
(4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin sabitləşməsi və
risklər balansında dəyişikliklər nəzərə alınaraq qəbul edilib.

Mərkəzi Bankın da dediyi kimi, inflyasiya proqnozunun aşağıya
doğru dəyişdiyini nəzərə alsaq, faiz dəhlizinin yuxarı həddinin və
uçot dərəcəsinin aşağı salınması monetar şəraitin yumşaldılmasına
yönəlib.