Bakı. Trend:
Dünya İqtisadi Forumu (DİF) Azərbaycan şirkətlərini rəqəmsal
inkişaf yolunda müşayiəti davam etdirəcəyinə ümid edir.
Trend xəbər
verir ki, bu barədə Dünya İqtiadi Forumunun nümayəndəsi Metyu
Stivenson bu gün Bakıda keçirilən “Ağıllı Sənaye Hazırlığı İndeksi”
(SIRI) üzrə seminarda videomüraciətində deyib.
“Missiyamız “La Probe” və UNESCO-nun tərəfdaşlığı ilə “FOSER”
kimi tanınan Təhlil və Koordinasiya Mərkəzi vasitəsilə şirkətlərin
ehtiyaclarını başa düşərək və Dördüncü Sənaye İnqilabı üçün şərait
yaradaraq artan investisiya axınına imkan yaratmaq və investisiya
şərtlərini yaxşılaşdırmaqdan ibarətdir. 2023-cü ildə şirkətlərin
ehtiyaclarını başa düşməyə və rəqəmsal birbaşa xarici investisiya
(BXİ) üçün tələbləri müəyyən etməyə fokuslanmışıq. Bugünkü seminar
əvvəlki təşəbbüslərin həyata keçirilməsinə kömək etmək məqsədi
daşıyır. Seminarın nəticəsini səbirsizliklə gözləyir və ümid edirik
ki, Dünya İqtisadi Forumu rəqəmsal inkişaf və investisiya yolunda
sizi müşayiət etməyə davam edəcək”, – o deyib.
Qeyd edək ki, “Ağıllı Sənaye Hazırlığı İndeksi” Sinqapur
İqtisadi İnkişaf Şurası tərəfindən aparıcı texnologiya, konsaltinq
şirkətləri, eləcə də sahə üzrə və elmi ekspertlərin tərəfdaşlığı
ilə hazırlanıb. “SIRI” qiymətləndirmə metod qlobal miqyasda
rəqəmsal transformasiyanı sürətləndirmək məqsədi daşıyır.
(Tərcümə: Rəna Əbdürəhmanova)























