Advertisement

Culian Assanc Böyük Britaniya həbsxanasından azadlığa buraxılıb

Bakı. Trend:

“WikiLeaks”in qurucusu Culian Assanc 2019-cu ildən həbsdə
saxlandığı Britaniyanın Belmarş həbsxanasından buraxılaraq təyyarə
ilə Böyük Britaniyanı tərk edib.

Trend-in məlumatına görə, bu barədə təşkilat “X” sosial
şəbəkəsində bildirib.

“O, içərisində 1901 gün qaldıqdan sonra, iyunun 24-də səhər
saatlarında Belmarş yüksək təhlükəsizlik həbsxanasını tərk etdi”, –
deyə qeyd edilib. Bildirilib ki, C.Assanc London Ali Məhkəməsinin
qərarı ilə girov müqabilində azadlığa buraxılıb.

“WikiLeaks”, həmçinin Amerika məhkəməsinin C.Assanc və ABŞ
prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə
məlumatını təsdiqləyib. Bununla belə, təşkilatın sözlərinə görə,
hələ ki, “rəsmi olaraq yekunlaşdırılmayıb”.