Bakı. Trend:
Son bir həftə ərzində 973 miqrant Liviya sahillərində
saxlanılaraq geri qaytarılıb.
Trend xəbər verir ki, buununla bağlı Beynəlxalq Miqrasiya
Təşkilatı bəyanat yayıb.
Məlumata görə, Liviya sahillərində 12 miqrantın cəsədləri
çıxarılıb. Bu il ərzində orada ümumilikdə 8754 miqrant yaxalanıb,
332 nəfər ölüb, 528 nəfər isə itkin düşüb.
2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı
17 190 nəfər olub.





























