Advertisement

Hakan Fidan və Mirzoyan münasibətlərin nizamlanmasını müzakirə edib

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ermənistanlı
həmkarı Ararat Mirzoyanla telefonla danışıb.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri diplomatik mənbələrə istinadən məlumat
yayıb.

Məlumata görə, danışıq zamanı ikitərəfli və regional məsələlər
müzakirə olunub.