Bakı. Trend:
Dağıstan məhkəməsi terror aktında yaxınları iştirak etmiş
Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovu 10 sutka həbs
edib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin
mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.
“Mahaçqala şəhərinin Leninski Rayon Məhkəməsi Maqomed Ömərovu
Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci
maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati cinayəti
törətməkdə təqsirli bilib, ona 10 sutka müddətinə inzibati həbs
cəzası verib ”, – o bildirilib.
Qeyd edək ki, Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində
törədilən terror aktları zamanı Ömərovun iki oğlu, həmçinin qardaşı
oğlu zərərsizləşdirilmişdi. Ömərov özü isə saxlanılmazdan öncə
istefa ərizəsi yazmışdı.





























