Bakı. Trend:
ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav
Qalantla görüşdə Yaxın Şərq münaqişəsinin gərginləşməsinin
qarşısını almaq və diplomatik həll yolu tapmağın vacib olduğunu
bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti
bildirib.
“O, (…) münaqişənin daha da gərginləşməsinin qarşısının
alınmasının və həm İsrail, həm də Livan ailələrinin öz evlərinə
qayıtmasına imkan verəcək diplomatik həll yolunun tapılmasının
vacibliyini vurğulayıb”, – deyə qeyd olunub.
Dövlət Departamenti bildirib ki, Blinken və Qallant “Qəzzada
bütün girovların azad edilməsini təmin edəcək və Fələstin xalqının
əzabını yüngülləşdirəcək atəşkəsə nail olmaq üçün davam edən
səyləri” müzakirə ediblər.





























