Advertisement

Aİ-nin 81 KİV-nə qarşı məhdudiyyətlər tətbiq ediləcək – Rusiya XİN

Bakı. Trend:

Rusiya Avropa İttifaqının üç Rusiya KİV-nin yayımını qadağan
etmək qərarına cavab olaraq, Avropa İttifaqının 81 KİV-nin yayımını
və internet saytlarına girişi məhdudlaşdıracağını açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahıda Lüksemburq və
Xorvatiya istisna olmaqla, bütün Aİ ölkələrinin nəşrləri,
televiziya kanalları və radiostansiyalarının adı çəkilir.

Belə ki, 81 nəşrdən 9-u Fransadan, o cümlədən France-Presse
xəbər agentliyi, Le Monde və Liberation qəzetləridir. Siyahıda
Almaniyanın Der Spiegel, Die Zeit və Frankfurter Allgemeine Zeitung
nəşrlərinin, İspaniyanın El Mundo, El Pais qəzetlərinin, EFE
agentliyinin, İtaliyanın La Stampa və La Repubblica qəzetlərinin
adı çəkilir.