Advertisement

Ukrayna Aİ-yə qəbul üçün danışıqlara başladı

Bakı. Trend:

Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə
başlayıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, Aİ-Ukrayna Hökumətlərarası Konfransının
ilk iclası Lüksemburqda keçirilib.

Bildirilir ki, ölkənin Aİ-yə qəbulu ilə bağlı danışıqlar
müddətlə məhdudlaşmır və üzvlük üçün hər hansı konkret müddət
müəyyən edilmir.

Daha əvvəl Kiyevə ən azı 2030-cu ilə qədər Aİ-yə üzv ola
biləcəyini vəd edən Avropa Şurasının rəhbəri Şarl Mişel qarşıda
uzun və çətin prosesin olduğunu açıqlayıb.

Qeyd edək ki, Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar üzrə
rekordçusu Türkiyədir. Ankara 19 ildir ki, heç bir perspektivi
olmadan Aİ ilə danışıqlar aparır.