Bakı. Trend:
Ermənistana regiondankənar oyunçuların gəlməsi öz nəticələrini
verəcək.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin
müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa
İttifaqı (Aİ) bir araya sığmır.
“Əlbəttə ki, Ermənistanın siyasi vektorunun getdikcə daha çox
Qərb dövlətinə yönəlməsinə göz yummaq səhv olar. Biz onu da başa
düşməliyik ki, Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyi
bir-birinə uyğun gəlmirlər. Bir ölkənin Rusiyaya yaxın olmasından
əldə etdiyi faydalar da təhlükəsizliyimiz və strateji dərinliyimiz
üçün ödədiyimiz qiymət kimi qəbul edilməlidir”, – Overçuk əlavə
edib.





























