Advertisement

Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin may ayında Türkiyə limanları 34 milyon 717 min 959
ton yük qəbul edib.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən
gəmilərlə yük daşınması 32 milyon 408 min 513 ton olub”, – deyə
nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5
milyon 524 min 847 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-may
aylarında Türkiyə limanları 171 milyon 891 min 161 ton yük qəbul
edib.

“Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 12 milyon 375
min 982 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən
gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min
179 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-may aylarında
Türkiyə limanlarından 28 milyon 463 min 544 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289
gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770
gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən
qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min
272, Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.