
Bakı. Trend:
ABŞ Senatı Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə
edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Senatdakı çoxluğun
lideri, demokrat Çak Şumer Nyu-Yorkda keçirilən mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, konsensus ABŞ prezidenti Co Bayden və
Konqres liderləri arasında bazar günü baş tutan telefon danışığında
əldə olunub.
Şumer qeyd edib ki, İsrail və Ukraynaya yardım göndərməyin ən
yaxşı yolu Nümayəndələr Palatasının Senat tərəfindən təsdiqlənmiş
milli təhlükəsizlik haqqında əlavə qanunun qəbul edilməsidir.
Sözügedən qanun hər iki ölkəyə yardımı nəzərdə tutur.
“İsrailin raket əleyhinə müdafiə və pilotsuz uçuş aparatları
(PUA) ilə mübarizə sistemini bərpa etməsinə yardımın ən yaxşı yolu
bu əlavənin dərhal qəbul olunmasıdır”, – o deyib.





























