
Bakı. Trend:
Ermənistan Rusiya ilə kütləvi kommunikasiya sahəsində əməkdaşlıq
sazişinə dəyişiklik olunmayacağı təqdirdə ölkədə rus
telekanallarının yayımına qadağa qoya bilər.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək
texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan mətbuat
konfransında deyib.
“Rusiya telekanallarını qadağan etmək istəmərik, lakin məzmuna
görə məsuliyyətin olması üçün sazişə dəyişiklik etmək vacibdir”, –
o deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti müvafiq dəyişikliklərlə
bağlı təklifi artıq bu həftə tamamlayıb Rusiyaya təqdim etməyə
çalışacaq.
“Ümid edirik ki, rusiyalı həmkarlarımız təklifə müsbət cavab
verəcək və sazişə dəyişiklik edəcəyik”, – erməni nazir əlavə
edib.





























