
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər
Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefonla
danışıb.
Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, söhbət zamanı bölgədəki son hadisələr və
Qəzzadakı vəziyyət müzakirə edilib, Kipr məsələsi və Qara dənizdə
gəmiçilik təhlükəsizliyi haqda fikir mübadiləsi aparılıb.





























