
Bakı. Trend:
Almaniyada Rusiyanın bloklanan aktivlərinin məbləği təxminən 3,9
milyard avro qiymətləndirilir.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin
statistik məlumatında yer alıb.
Məlumata görə, bu məbləğə təkcə Mərkəzi Bankın aktivləri deyil,
həm də sanksiya siyahılarına daxil edilmiş Rusiyadan olan fiziki və
hüquqi şəxslərin kapitalı daxildir.
Bundan başqa, 2024-cü ilin yanvarından Almaniyada bloklanan
aktivlərin həcmi təxminən 200 milyon avro azalıb. Maliyyə Nazirliyi
bunun bazardakı dalğalanmalarla bağlı olduğunu qeyd edib.





























