Advertisement

Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə bağlanıb

Aprelin 29-da Türkiyədə “Meta” şirkəti yerli antiinhisar
orqanının qərarı ilə “Threads” xidmətinin fəaliyyətini
dayandıracaq.

Trend bu barədə türk KİV-lərinə
istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin Rəqabət Təşkilatı mart ayında “Threads”
və “Instagram” (Meta-ya məxsus) arasında məlumat mübadiləsini
qadağan edən müvəqqəti qərar verib.

Qeyd edək ki, “Meta” şirkəti Rusiyada ekstremist elan edilib və
qadağan olunub.