Advertisement

Türkiyəli hücumçu “Yuventus”da qalacaq – Trend.Az

Bakı. Trend:

Türkiyəli futbolçu Kənan Yıldız “Yuventus”la yeni müqavilə
imzalayacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, tərəflər yeni razılaşmanın ilə bağlı
ortaq məxrəcə gəliblər.

Müqavilənin şərtlərinə görə, Kənan 2028-ci ilin yayına kimi
Turin klubuna məxsus olacaq. Razılaşma türkiyəli hücumçunun
əməkdaşlıq etdiyi “Leaderbrocks” agentliyi vasitəsilə əldə edilib.
Digər məlumatda Yıldızın imza mərasimindən sonra fikir ayrılığına
görə, agentlikdə yollarını ayıracağı bildirilib.

Qeyd edək ki, 18 yaşlı futbolçu bu mövsümdə “Yuventus”un
heyətində 25 oyunda meydana çıxıb və 3 qol vurub.