Advertisement

İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.

Trend İdman.biz
istinadən xəbər verir ki, son oyunda darmadağın qeydə alınıb.

“Çelsi” “Everton”un qapısından 6 cavabsız top keçirib. Koel
Palmer 4 qol vuraraq, qələbədə böyük pay sahib olub. İngilis
hücumçu mövsümdə 20-ci dəfə fərqlənərək, bombardirlər yarışına
başçılıq edən “Mançester Siti”nin hücumçusu Erlinq Holanda
çatıb.

31 oyundan sonra 47 xal toplayan London klubu 9-cu pilləni
tutur. “Everton” 27 xalla 15-cidir.