
Bakı. Trend:
ABŞ-ın Nyu-York ştatının Salina şəhərində atışma baş verib.
Trend xəbər verir ki, atışma nəticəsində şerifin müavini və bir
polis əməkdaşı həlak olub.
Hakimiyyət orqanları təmsilçilərinin sözlərinə görə, onlar
Sirakyus (Nyu-York) avtomobil oğurluğunda şübhəli bilinən şəxsin
ünvanına göndəriliblər. Asayiş keşikçiləri evə daxil olanda onlara
atəş açılıb. Atışma nəticəsində şübhəli şəxs öldürülüb.





























