Advertisement

Hakan Fidan Qətərə səfər edəcək

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 17-də Qətərə
rəsmi səfər edəcək.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər
Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumata görə, Hakan Fidan Qətərin baş naziri və xarici işlər
naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşəcək.

Görüşdə Türkiyə-Qətər münasibətləri ilə yanaşı, Qəzza
zolağındakı vəziyyət də müzakirə olunacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun